AZ

Hesablama Palatası Naxçıvanda israfçılıq və qanun pozuntularını aşkarlayıb

Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üçün iş planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hüquqi aktlarına uyğun olaraq dövlət vəsaitlərinin və əmlakının istifadəsinin auditi aparılıb. Audit 2023-cü ili əhatə edib. Bu il Ali Məclisə 6,3 milyon manat vəsait ayrılıb, onun 4,3 milyon manatı xərclənib.

Audit zamanı müəyyən edilib ki, Ali Məclisin saxlanılması üçün ayrılan vəsaitdən 78,9 min manatı formalaşmamış smeta ilə fəaliyyətə, funksional fəaliyyətə aid olmayan və xərclər smetasına daxil edilməyən sahələrə xərclənib.

Ali Məclisin işçilərinə qanunvericilikdə nəzərdə tutulmuş normalardan artıq olan 79,2 min manat əməkhaqqı, əlavələr və mükafatlar ödənilmiş və bu məbləğə müvafiq sığorta ödənişləri hesablanıb.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
hurriyyet.az

1Mənbələr