AZ

Rusiya XİN Ermənistanın Moskvadakı səfirini dəyişdirməyi planlaşdırmasına münasibət bildirib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfirinin dəyişdirilməsi məsələsini rəsmi İrəvanın preroqativi adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, rusiyalı nazir müavini ölkəsinin Ermənistanın Moskvadakı hazırkı səfirinin işindən razı olduğunu söyləyib.

Bildirib ki, səfir Vaqarşak Arutyunyan ikitərəfli münasibətlərə mühüm töhfə verib.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin Rusiyadakı səfiri dəyişdirməyi planlaşdırdığını, yeni səfirin namizədliyinin artıq təsdiqləndiyini söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
apa.az

1Mənbələr