AZ

“Ermənistan tezliklə Türkiyənin təsiri altına düşəcək” - Zərdüşt Əlizadə

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tiflisdə olarkən Bakının sülh sazişinin bağlanmasına süni maneələr yaratdığını iddia edib. Maraqlıdır, Mirzoyan bunu deyərkən, konkret olaraq, nəyi nəzərdə tutur?



Bakupost.az -ın sualını cavablandıran politoloq Zərdüşt Əlizadənin fikrincə, qarşı tərəf Azərbaycanın Ermənistan konstitutsiyasını dəyişmək tələbini "maneə" sayır.


Politoloq Azərbaycanın bu məsələdə haqlı olduğunu deyib:

“Çünki uzaq 1988-ci ildə Ermənistan parlamenti Ali Sovetin qərarıyla Qarabağı öz ərazisi elan etmişdi. SSRİ Ali Soveti isə bu qərarı qeyri-qanuni hesab edib ləğv etmişdi. Ardıyca Ermənistan Ali Soveti bir daha elan etmişdi ki, Qarabağ Ermənistanın torpağıdır. Onlar bununla sovet konstitutsiyasını pozmuşdu. Bütün bunların hamısı beynəlxalq hüquq baxımından qonşu dövlətə müharibə elan edilməsi demək idi”.


Z.Əlizadənin sözlərinə görə, Ermənistan konstitusiyasında nə yazılmasından asılı olmayaraq, sülh müqaviləsi imzalaya bilərik:


“Hesab edirəm ki, Ermənistan konstitusiyasında nə yazılmasından asılı olmayaraq, sülh sazişi imzalasaq. Bunun nəticəsində Türkiyə-Ermənistan əlaqələri tənzimlənsə, bir ildən sonra Türkiyənin Ermənistandakı nüfuzu o həddə çatacaq ki, Ermənistanda bir nəfər belə düşmənçilik hərəkəti haqda düşünə bilməyəcək. Ermənistan birbaşa Türkiyənin təsiri altına düşəcək. İctimai rəy birmənalı şəkildə Azərbaycanın və Türkiyənin xeyrinə dəyişəcək”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
bakupost.az

2Mənbələr