AZ

Qarabağ Universiteti gələcəkdə belə olacaq (FOTO)

Bakı. Trend:

Yaxın gələcəkdə Azərbaycanın elm və təhsil mərkəzinə çevriləcəkolan Qarabağ Universitetinin görüntüləri paylaşılıb.

Trend xəbər verir ki, bu barədə elm və təhsili naziri EminƏmrullayev öz sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr2023-cü il tarixili sərəncamı ilə Qarabağ Universiteti yaradılıb.Yeni yaradılmış Qarabağ Universitetində dərslərin 2024-cü ilin 15sentyabr tarixindən başlanması nəzərdə tutulur. NazirlərKabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə QarabağUniversitetinin Nizamnaməsi təsdiq olunub. 15 fevral 2024-cü ildəPrezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetininfəaliyyətinin təşkili üçün Azərbaycan Respublikası Prezidentininehtiyat fondundan Azərbaycan Respublikasının Elm və TəhsilNazirliyinə 10 milyon manat ayrılıb.

Xatırladaq ki, Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olub.1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi AzərbaycanPedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1973-cü ildən1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi.İşğal dövründə isə fəaliyyəti dayandırmışdı.

Qarabağ
Qarabağ
Qarabağ
Qarabağ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
6
az.trend.az

7Mənbələr