Macarıstanın Baş naziri Viktor Orban Moskvaya rəsmi səfər edib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Orban öz saytında Moskva hava limanından foto paylaşaraq “Sülh missiyası davam edir, ikinci dayanacaq Moskvadır” yazıb.
Xatırladaq ki, Macarıstanın Baş naziri iyulun 2-də Kiyevə səfər edib və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.
***
Kremldə Putinlə Orban arasında danışıqlar keçirilir. Tərəflər arasında sonuncu görüş 2023-cü ilin oktyabrında “Bir kəmər, bir yol” forumunda baş tutub.