AZ

“Ukraynada sülhü Brüsseldə rahat kresloda oturmaqla qurmaq olmaz” – Viktor Orban

Ukraynada sülhü Brüsseldə rahat kresloda oturmaqla qurmaq olmaz.

KONKRET.az xəbər verir ki, buz sözləri Macarıstanın baş naziri Viktor Orban X sosial şəbəkəsindəki hesabında yazıb.

Orban Ukrayna münaqişəsinin yekunlaşması üçün səylərini bundan sonra da davam etdirəcəyini ifadə edib:

“Biz mühüm vasitəçi rolunu oynayacağıq. Bu, bizim sülhməramlı missiyamızdır”.

Xatırladaq ki, Viktor Orban hazırda Rusiyada səfərdədir. O, Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparır və bu açıqlamanı görüşdən öncə verib.

Orbanla Putin arasındakı danışıqların mövzuları arasında Ukraynadakı vəziyyətin də olduğu rəsmən təsdiqlənib.

Orxan

KONKRET.az

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
konkret.az

1Mənbələr