AZ

Bakıda Azərbaycan-İraq biznes forumu keçiriləcək - Səfir

Bakı. Trend:

Azərbaycan və İraq yaxın gələcəkdə Bakıda biznes forumu keçirməkbarədə razılığa gəliblər.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X"sosial şəbəkəsində məlumat paylaşıb.

Səfir paylaşımda İraq Ticarət Palataları Federasiyasının sədriƏbdül Rəzzaq əl-Zuheyri ilə görüş keçirdiyini bildirib.

"Görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin hazırkivəziyyətini müzakirə etdik, ticarət sahəsində əməkdaşlığıngenişləndirilməsi, eləcə də qarşılıqlı investisiyaların təşviqiüçün imkanları araşdırdıq. Yaxın gələcəkdə Bakıda iki ölkəninnövbəti biznes forumunun keçirilməsi barədə razılaşdıq", -paylaşımda deyilir.

Xatırladaq ki, ilk Azərbaycan-İraq biznes forumu 2023-cü ilindekabrında Bağdadda keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
87
5
az.trend.az

6Mənbələr