AZ

Nəsrin 11 milyon olduğu iddia edilən saatından danışdı - FOTO

Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin 11 milyon dəyəri olduğu iddia edilən saatı gündəmdən düşmür.

Axşam.az xəbər verir ki, 41 yaşlı gözəl ötən həftə Muğla Göcekdə qaldığı otelin estakadasında kameralara tuş gəlib.

Aktrisa səhər saat 07:00 radələrində estakadaya gələrək bir müddət mənzərəni seyr edib. Daha sonra Cavadzadə lojaya gedib, orada dincəlib və kitab oxuyub. Bu zaman çəkilən fotolarda qolundakı saat diqqət çəkib. Saatın 11 milyon lirə (təxminən 571547 manat) olduğu iddia edilib.

Bebekdə görüntülənən aktrisa saatı ilə bağlı suala "Belə bir qiymət var? Təbii ki, yazılanlar doğru deyil. Əgər belə bir qiymət olsaydı, vergi məmurları qapıma gəlib bu qədər vergi istəyərdi" cavabını verib.

"Cebhe.info"

Seçilən
172
cebheinfo.az

1Mənbələr