NATO-nun Vaşinqtonda keçiriləcək sammitində qərara alınmalıdır ki, Ukraynaya silah tədarükü ildə ən azı 40 milyard dollar olmalıdır.
İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda NATO sammiti ərəfəsində mətbuat konfransında bildirib.
Stoltenberq qeyd edib ki, bu məbləğə digər yardım növləri, məsələn, makroiqtisadi yardım daxil olmayacaq.
Gözəl Həşimova