AZ

“Bu ölkələr üçüncü dünya müharibəsinə yol açır” – Ərdoğan açıqladı

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qərbdə üçüncü dünya müharibəsinə yol açan ölkələrin olduğunu deyib.

Medianews.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Aydındır ki, silah alverçilərinin pula ehtiyacı var. Silah alverçilərinin bazarı isə Qərbdir”, – deyə o, ŞƏT sammitindən Astanadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyə Ukrayna münaqişəsinin qlobal miqyasda genişlənməsinin qarşısını alaraq, onun tezliklə həllinə ümid edir.

O, qeyd edib ki, Rusiya lideri Vladimir Putinlə danışıqlar zamanı Ukrayna münaqişəsinin həllində Ankaranın vasitəçiliyi mövzusunu müzakirə edib.

“Biz münaqişənin ilk günündən Rusiya prezidenti Vladimir Putin və…Volodimir Zelenski ilə danışıqlar apardıq. Bu danışıqlar zamanı bizim vasitəçiliyimiz hara gedə bilər, nə dərəcədə effektiv ola bilər? suallarını müzakirə etmək imkanımız oldu. Əslində, Rusiya prezidenti cənab Putinlə görüşüm zamanı vasitəçilik məsələsini bir daha müzakirə etdik”, – Türkiyə lideri bildirib.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
medianews.az

1Mənbələr