AZ

Bitcoin qiyməti ən aşağı səviyyəsinə düşdü: Səbəb nədir?

ABŞ-da prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik və müflis Tokio kriptovalyuta birjası Mt-dən bazara bitkoinin axını ilə bağlı xəbərlər fonunda bitkoin iki aylıq minimuma düşüb.

Medianews.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Dünyanın ən böyük kriptovalyutası bir ay əvvəl başlayan enişi davam etdirərək iki aylıq minimuma enib.

Bitcoin 2%-dən çox ucuzlaşaraq 57 843 dollara düşüb ki, bu da mayın 2-dən bəri ən aşağı göstəricidir. “Cari həftə ərzində kriptovalyuta öz dəyərinin 6%-dən çoxunu itirib”,- nəşr yazır.

Mütəxəssislər qeyd edirlər ki, Bitcoin məzənnəsinə Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Co Baydenin mümkün əvəzlənməsi ilə bağlı narahatlıqlar təsir edir. eToro beynəlxalq sosial ticarət platformasının analitiki Josh Gilbert, Bayden dəyişdirilərsə və bu barədə indi çox danışılırsa, yeni namizəd kriptovalyutalar üçün o qədər də əlverişli olmaya bilər deyə qeyd edib.

Analitiklər həmçinin məlumatlara istinad edirlər ki, Mt. 2014-cü ildə iflas etməmişdən əvvəl dünyanın ən böyük kriptovalyuta ticarət platforması olan Gox kreditorlarına ödəniş etməyə başlayıb. Kreditorlar aldıqları tokenləri kütləvi şəkildə satmağa başlasalar, bu, Bitcoin qiymətinə əlavə təzyiq göstərə bilər.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
medianews.az

1Mənbələr