AZ

Kiyev məşhur partizan komandirinin abidəsini sökür

Kiyev Şəhər Şurasında aparılan səsvermənin nəticələrinə əsasən məşhur partizan komandiri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Sidor Kovpakın Şöhrət Parkında ucaldılmış abidəsinin sökülməsini təsdiqləyib.

News365.az xəbər verir ki, bu barədə hakim "Xalqın xidmət" partiyasının deputatı Maksim Bujanski bildirib.

“Kiyevrada Şöhrət Parkında Kovpakın abidəsinin sökülməsinə səs verdi... Parkın bundan sonra necə adlandırılacağını bilmirəm” —  Bujanski Telegram kanalında yazıb.

Sidor Kovpak Böyük Vətən Müharibəsi illərində Ukraynada partizan hərəkatının təşkilatçılarından biri olub. Putivldə partizan dəstəsinin yaradılmasını təşkil edib. Dəstə Sumı, Kursk, Oryol və Bryansk vilayətlərinin işğal olunmuş ərazilərində alman qoşunlarına hücum edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 may 1942-ci il tarixli fərmanı ilə Sidor Kovpak Lenin ordeni və Qızıl Ulduz medalı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
news365.az

1Mənbələr