AZ

Naxçıvan Dövlət Universitetində “Gələcəyə inam” layihəsi icra olunub

Naxçıvan, 5 iyul, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin magistrantının sosial kommunikasiya vərdişlərinin inkişaf etdirilməsinə dair “Gələcəyə inam” layihəsinin hesabat tədbiri keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ali təhsil ocağının rektoru Elbrus İsayev layihənin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına hesablandığını və bu baxımdan təqdirəlayiq hesab etdiyini bildirib. Rektor universitet tələbələrinin müstəqil formada tədbirlərin təşkilində iştirakının bundan sonra da davam edəcəyinə əminliyini ifadə edərək, layihənin işinə uğurlar arzulayıb.

Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev magistrant və doktorantların mütəmadi olaraq məqalə və layihələrinin nüfuzlu nəşrlərdə işıqlanmasının davamlı hal aldığını bildirib.

Layihə rəhbəri, universitetin “Musiqi fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə II kurs magistrantı Lətifə Quliyeva qeyd edib ki, dissertasiya işi əsasında dərsdən kənar musiqi fəaliyyətində sağlamlıq imkanları məhdud uşaqların sosial kommunikasiya vərdişlərinin inkişaf etdirilməsinin diqqətdə saxlanılması, onların kollektivə uyğunlaşması, eyni zamanda, cəmiyyətə inteqrasiyası üçün zəmin yaradır. Lətifə Quliyeva yaradılan şəraitə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Sonra tədbir bədii hissə ilə davam edib.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin istedadlı uşaq və gənclərinə təşəkkürnamə verilib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
azertag.az

1Mənbələr