AZ

Misir Mərdanov deputat ola bilər!

 

"Mən 90-cı illərdən bəri YAP-ın əsgəriyəm. Əgər məsləhət bilsələr, olaram."

Bunu News365.az-a açıqlamasında sabiq nazir Misir Mərdanov deyib. Deputatlığa namizədliklə bağlı verilən sualı isə belə cavablandırıb:

"Mən 90-cı illərdən bəri YAP-ın əsgəriyəm, tapşırılan hər işi indinin özündə də gücüm çatdığı qədər layiqincə yerinə yetirməyə çalışıram. YAP nə təklif etsə, mən o təklifdən geri dura bilmərəm. Yerimdəyəm. Təklif edib, məsləhət bilsələr onların məsləhəti ilə olaram."

Kadr dəyişikliyi zamanı daha çox gənclərə üstünlük verilməsi barəsində danışan M.Mərdanov təcrübəli şəxslərin məsləhətlərinin vacibliyinidə vurğulayıb. 

"Düşünürəm ki, son dövrlərdə istənilən sahədə gənclərə, xarici dil biliyi olanlara daha çox üstünlük verilir. Təcrübəli insanların fikrinə, təkliflərinə hörmətlə yanaşılmalıdır. Bu kateqoriyaya əlbəttə cəmiyyət tərəfindən təcrübəli qəbul edilən şəxslər daxildir. 

Cənab Prezident və onun ətrafındakı insanlar hər şeyi çox yaxşı bilir, hamını gözəl tanıyır, vaxtında sınaqdan da keçiriblər. Gəlin tələsməyək. Gözləyək, görək hansı təkliflər olur və çalışaq ki, birlik olub ölkə prezidentinin təkliflərini həyata keçirməyə köməklik edək."


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
news365.az

1Mənbələr