Nizami rayonunda yerləşən binalardan birində baş vermiş yanğın zamanı bir qadın tüstüdən zəhərlənib.
Bu barədə “Qafqazinfo” Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tüstüdən boğulan, ölüm təhlükəsi ilə üz-üzə qalan qadını vaxtında tibb müəssisəsinə çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra onun həyatı xilas edilib.