AZ

Ermənistanda quraqlıqlar inanılmaz surətlə artır - Oleq həyəcan təbili çaldı

Ermənistanda ictimai-siyasi, iqtisadi böhrana ekoloji krizis də əlavə olub.

News365.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb. 

Sayt “İcmaların Konsolidasiya və Dəstək Mərkəzi” ictimai təşkilatının rəhbəri Oleq Dulqaryana istinad ediblər. Oleq apardığı monitorinqlərin acınacaqlı olduğunu deyib. 

“Ermənistan Respublikasının Lori rayonunun Çoçkan kəndindən bizə xəbər verdilər ki, suvarma suyunun olmaması səbəbindən əkin sahələri inanılmaz surətlə quruyur və onlara külli miqdarda ziyan dəyib. Su olanda suvarma prosesləri zamanı isə su kəmərlər, nasos stansiyası zədələnib. Maraqlıdır ki, daşqından bir aydan çox vaxt keçib. Amma hələ də bu ərazilərə su gəlib çıxmayıb". - o qeyd edib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
news365.az

1Mənbələr