AZ

Aİ Baydenin seçkidən mümkün imtinasını dəstəkləyir -“Bloomberg“

"Avropada rəsmilər ABŞ prezidenti Cozef Baydenin seçki yarışından geri çəkilməsinin vacibliyi barədə fikirləri getdikcə daha çox ifadə edirlər". News365.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

“Amerikanın ən yaşlı prezidentinin istefasını istəyən səslərlə bağlı ucalan "xor"u nəinki onun öz ölkəsində, həm də son aylarda və illərdə prezidentin yöndəmsiz çıxışları və boşboğazlığından şikayıt edın ölkələr arasında getdikcə yüksəlir. Xüsusən də Avropa İttifaqı ölkələri...”, – nəşr yazır.

Mənbənin sözlərinə görə, prezidentliyə namizəd Donald Trampın Ağ Evə qayıtması perspektivi Qərb paytaxtları tərəfindən əsas təhlükə kimi qiymətləndirilib.

İndi Avropa rəsmiləri öz aralarında deyirlər ki, Bayden Trampı məğlub etmək şansı daha yüksək olan bir namizəd üçün yarışdan çıxmalıdır. Bundan əlavə, Avropa İttifaqında belə hesab edirlər ki, Ukrayna və NATO-da müttəfiqlik birliyi qorunmalıdır.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
news365.az

1Mənbələr