AZ

Məhşur generala yüksək vəzifə verildi

Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun komandanı vəzifəsinə təyin edilib. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. 

Qeyd edək ki, K.Seyidov 1974-cü ildə anadan olub. O, 2003-cü ildə "Azərbaycan Bayrağı" ordeni, 2014-cü ildə  "Vətən uğrunda" medalı, 2016-cı ildə  "İgidliyə görə" medalı ilə təltif edilib. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kənan Seyidova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. 

K.Seyidov həmçinin, Prezident İlham Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə də təltif edilib. 

Aytac Şahin 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
yenisabah.az

2Mənbələr