AZ

“Ermənistan hakimiyyəti bu gün cəsarət tapıb referenduma gedərsə...“- Açıqlama

"Ermənistan hakimiyyəti bu gün cəsarət tapıb referenduma gedərsə, istənilən halda konstitusiya dəyişikliyinə ses verəcək."

Deputat Bəhruz Məhərrəmov bu sözləri news365.az-a deyib.

"Ermənistanda məğlub baş nazirin, erməni xalqının müharibədən dərhal sonra etimadının qazanması o deməkdir ki, erməni xalqının böyük əksəriyyəti sakitlik və sabitlik istəyir. Ermənistanın Qarabağa, Türkiyəyə, Gürcüstana olan iddialar Ermənistana yaxşı heç nə vəd etməyib.  Paşinyanın özünün də ifadə etdiyi kimi tarixdən dərs çıxarma cəhdləri, tarixə söykənmə cəhdləri Ermənistan ancaq məğlubiyyət statusunu dərinləşdirir. Ermənistan hakimiyyəti bu gün cəsarət tapıb referenduma gedərsə, istənilən halda konstitusiya dəyişikliyinə ses verəcək. Ortada siyası fəallıq göstərən Paşinyandan başqa Baqrat Qalstanyan, Qarabağ qatilləridir. Xalq onların ardınca mitinqə niyə getsin, xalq onların ardınca Irəvan küçələrini niyə tutsun. Əslində Ermənistanda əhali kifayət qədər siyasiləşib və kifayət qədər onların bu və digər formada sosial media aktivliyi görünür, amma bu o demək deyil ki, hamısı sülh istəyir, sadəcə onlar reallığı qəbul edib"- deyə qeyd edib. 

Vəfa Vəliyeva, News365.az


Seçilən
127
news365.az

1Mənbələr