AZ

Nazir: Beynəlxalq olimpiada qaliblərinin universitetlərə qəbulu islahatların əsas göstəricisidir

Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazir ölkə başçısının təhsil infrastrukturunun yaxşılaşdırılması, son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. O, beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb.

İstedadlı uşaqların aşkar edilməsi istiqamətində görülən işlərdən də danışan E.Əmrullayev sonda bütün qalibləri təbrik edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
news365.az

1Mənbələr