İnsayderlər HMD Global şirkətinin öz brendi altında hazırladığı smartfonlardan daha birinin fotosunu və bəzi texniki imkanlarını təqdim ediblər. Söhbət, hələ təqdim olunmamış HMD View adlı smartfondan gedir. Təqdim edilmiş fotoda sözügedən smartfonun həm arxa həm də ön paneli əks olunub. Fotoya əsasən HMD View smartfonu yastı gövdəni, ekranı əldə edəcək və onun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə iki ədəd obyektiv mövcud olacaq. İnsayderlərin sözlərinə əsasən HMD View smartfonu Full HD+ keyfiyyətli OLED ekranı əldə edəcək və Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon optik stabilizasiya funksiyalı 50 MP-lik əsas arxa kameraya sahib olacaq və özündə 8 GB RAM ilə 4700 mAh enerji tutumlu batareyanı birləşdirəcək. HMD View-nun nə zaman təqdim olunacağı bilinmir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta