AZ

UEFA dörd klubun avrokuboklarda iştirakına icazə verdi

UEFA investorlar tərəfindən əhəmiyyətli dəyişikliklər edildikdən sonra “Mançester Yunayted” və “Nitsa”nın Avropa Liqasında iştirakına icazə verib. Matc.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın rəsmi saytı paylaşıb. Bundan əlavə, UEFA “Jirona”da edilən dəyişikliklərdən sonra “Jirona” və “Mançester Siti”nin də Çempionlar Liqasında iştirakını təsdiqləyib. Bununla belə, vurğulanır ki, “Mançester Yunayted” – “Nitsa” və “Mançester Siti” – “Jirona” 2024-cü ilin iyulundan 2025-ci ilin sentyabrına qədər əvvəllər razılaşdırılmış sövdələşmələr istisna olmaqla, bir-birinə oyunçu sata və ya icarəyə verə bilməyəcək. Qeyd edək ki, UEFA qaydaları sahibi eyni olan klubların eyni avrokubok turnirində oynamasını qadağan edir. Lakin UEFA-nın tələblərinə görə, yuxarıda qeyd olunan klublar kimi reqlamentə əməl etmək üçün təşkilati strukturlarında lazımi dəyişikliklər edə biliblər.  

Seçilən
152
matc.az

1Mənbələr