UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa) - “Sabah” oyununun keçiriləcəyi məkan bəlli olub.
İdman.biz xəbər verir ki, qarşılaşma Macarıstanda keçiriləcək.
Matç iyulun 25-də Kişvarda şəhərində yerləşən “Varkert” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.
Qeyd edək ki, İsraildəki münaqişə üzündən UEFA bu ölkə klublarının ev oyunlarının Macarıstanda təşkilinə qərar verib.
İdman.biz