AZ

“Sabah” serbiyalı futbolçu transfer etdi

“Sabah” heyətini gücləndirməkdə davam edir. 

Bizim.Media xəbər verir ki, Azərbaycanı Konfrans Liqasında təmsil edəcək Bakı klubu hücum xəttinə yeni oyunçu qatıb. 

Paytaxt təmsilçisi serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlayıb. Serbiyanın U-16, U-17 və U-18 yığmalarında oynamış 23 yaşlı forvardın son klubu Slovakiya komandası “Trenkin” olub. Neqoş “Sabah”da 29 nömrəli formanı geyinəcək.

“Srvena Zvezda”nın yetirməsi olan Neqoş Kupusoviç karyerası ərzində Almaniyanın “Ersqebirqe Aue” (2019-2020), “Ayntraxt” (Braunşveyq, 2020-2021) və Slovakiyanın “Dubnitsa” (2021-2022) klublarında da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
36
bizim.media

1Mənbələr