AZ

İspaniya və Almaniya Avropa çempionatının 1/4 finalı üçün heyətlərini AÇIQLADI

İspaniya və Almaniya milliləri 2024-cü il Avropa çempionatının 1/4 final oyunu üçün start heyətlərini açıqlayıb.


Sfera.az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

İspaniya : Simon, Carvajal, Le Normand, Laporte, Cucurella, Rodrigo, Ruiz, Yamal, Pedri, Nico Williams, Morata.

 

Almaniya : Noyer, Kimmix, Rudiger, Ta, Raum, Can, Kroos, Sane , Gündoğan, Musiala, Havertz.

 

Qrup mərhələsində İspaniya üç oyunda üç qələbə qazanıb -  Xorvatiya (3:0), İtaliya (1:0) və Albaniya (1:0) üzərində. 1/8 final mərhələsində ispaniyalı futbolçular Gürcüstandan olan rəqiblərinə inamla qalib gəliblər - 4:1.

 

Almaniya qrup mərhələsində  Şotlandiya (5:1) və Macarıstan (2:0) üzərində qələbə qazanıb, İsveçrə ilə də heç-heçə edib (1:1). Pley-off mərhələsinin ilk oyununda turnirin ev sahibi ölkəsi Danimarkanı məğlub edib - 2:0.

 

Hazırkı Avropa çempionu İsveçrəyə məğlub olaraq 1/8 final mərhələsini başa vuran İtaliya komandasıdır.

 

İnci

Seçilən
85
49
sfera.az

10Mənbələr