AZ

ABŞ Gürcüstanla hərbi təlimləri təxirə saldı


Birləşmiş Ştatlar ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsi səbəbiylə Gürcüstan ilə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təlimlər iyulun 25-dən avqustun 6-dək baş tutmalı idi.
Pentaqon təlimlərin təxirə salınması qərarını Gürcüstan hökumətinin ABŞ və digər Qərb ölkələrinə qarşı yalan ittihamlar ilə izah edib:
“Birləşmiş Ştatlar hökuməti müəyyən edib ki, indi Gürcüstanda genişmiqyaslı hərbi təlimlər keçirmək üçün münasib vaxt deyil. Lakin Gürcüstanın suverenliyini müdafiə etmək və ərazi bütövlüyünü qorumaq qabiliyyətini daha da gücləndirmək məqsədi ilə Gürcüstan Silahlı Qüvvələri ilə əməkdaşlığı davam etdiririk”.
Gürcüstan Müdafiə Nazirliyi Pentaqonun qərarından təəssüfləndiyini bildirib.
Xatırladaq ki, iyunun əvvəlində Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ölkədə kütləvi etirazlara səbəb olan “xarici agentlər haqqında” qanunu imzalayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi qanuna “veto” qoyub, lakin hakim “Gürcü arzusu” partiyası parlamentdə çoxluq təşkil etdiyinə görə bu qanunun qüvvədə saxlaya bilib. Təşəbbüsü tənqid edən müxalifət bunu Rusiya qanunlarının oxşarı adlandırıb.
“Xarici agentlər” qanununun qəbulundan sonra ABŞ Dövlət Departamenti Gürcüstan üçün ölkədə demokratiyaya zərbə vurmaqda məsul olan şəxslərə şamil ediləcək yeni viza məhdudiyyəti siyasətini tətbiq etdiyini açıqlayıb. Avropa İttifaqı qeyd edib ki, qanunun qəbulu Gürcüstanın Aİ-yə daxil olması yolunda ciddi maneə olacaq.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Qərbin “xarici agentlər” haqqında qanuna reaksiyası Tbilisidən Rusiyaya qarşı “ikinci cəbhə” açmaq tələbi üçün sadəcə səbəb olub.
Seçilən
214
yeniavaz.com

1Mənbələr