AZ

Futbolda xaçlı zehniyyəti. “Bozqurd” işarəsi Əkrəm Həsənovu niyə rahatsız edir?

Türkiyə Milli Komandasının futbolçusu Merih Demiralın UEFA tərəfindən cəzalandırılması qardaş ölkədə olduğu kimi, Azərbaycanda da böyük etiraz doğurdu.

Bu qərarın futbolla, idmanla, istənilən yarışın fəlsəfəsini yaradan ədalət anlayışı ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

İlk növbədə xatırladaq ki, Merihin iki matç yaşıl sahədən kənarlaşdırılması qərarının arxasındaAvstriya və Hollandiya dayanır. Biri Türkiyənin endiyi, digəri isə sabah yarımfinalda qarşılaşacağı ölkədir. Deməli, bu qərar hüquqa zidd olmaqla məğlubiyyətin qisasını almaq, Türkiyə komandasını əsas oyunçularının birindən məhrum etmək cəhdidir.

Digər tərəfdən, Türkyə millilərinin Avro2024-də nəzəri baxımdan onsuz da iki oyun şansı var. Bu iki oyundan da Merih kimi önəmli bir futbolçunu məhrum etmək haradan baxsan Türkyənin Almaniyadan kuboksuz geri dönməsi üçün fitnədir, fənddir.

Nəhayət, əgər Merihə 2 yox, 3 matç cəza verilsəydi, Türkiyənin qərara etiraz etmək haqqı doğacaqdı. Qəsdən Dəmirala 2 oyundan kənarlaşdırma cəzası verməklə appelyasiya qapısını da bağlatmış oldular.

Merihin Avstriyanın qapısına qol vurduqdan sonra “Bozqurd” işarəsi göstərməsinə Avropa mediası başılovlu reaksiya verdi. Məsələni öncə radikal sağçılığa bağladılar, daha sonra irqçiliyə qədər şişirtdilər.

İndi gələk əsas suala. Merihin hərəkətində yanlış bir şey vardımı?

Əsla yox idi!

Merih Türkiyə milli komandasının üzvü deyilmi?

Çempionatdakı bütün futbolçular meydana öz milli rəmzlərini ifadə edən geyimlərdə çıxmırmı?
Komandalar matçlardan öncə öz milli marşlarını oxmumurlarmı?

Bax, “Bozqurd” işarəsi də məhz Türk milli kimliyini ifadə edir.

Bir Türk futbolçunun qol vuraraq öz milli kimliyini ifadə edən simvol göstərməsindən təbii və gözəl nə ola bilər?

“Bozqurd” işarəsi həm türklərin, həm də moğolların ortaq mifoloji inancına bağlıdır. Ergenekon əfsanəsinə görə Boz Qurd Türklərin və Moğolların ortaq əcdadlarını qaranlıqdan aydınlığa çıxaran qılavuzdur.

6-cı əsrə aid göytürklərə aid maddi mədəniyyət abidələrində bozqurd işarəsinə rast gəlinir.
Firdovsinin İranlılar və Turanlılar arasındakı mübarizəyə həsr etdiyi “Şahnamə” əsərinə orta çağlarda çəkilmiş miniatürlərdə “Bozqurd” simvolu gözə dəyir.

Hunlar, Qıpçaqlar, Peçeniqlər kimi tarixə möhür vurmuş Türk tayfaları öz milli kimliklərini məhz bu simvolla ifadə edirdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
aznews.az

1Mənbələr