AZ

Merino 90 dəqiqəlik şounu və qolunu şərh etdi

İspaniya millisi Avropa çempionatında Almaniya yığmasına qalib gələrək ilk yarımfinalçı olub.

90deqiqe.Az xəbər verir ki, sözügedən matçda ispanların qələbə qoluna imza atan Mikel Merino vurduğu qolu belə şərh edib.

“Hər şey bir saniyədə baş verdi. Danidə topa sahib olduğunu görəndə onun mükəmməl xidmət göstərmək üçün kifayət qədər bacarığı olduğunu başa düşdüm. Mən Rüdigerin arxasınca qaçdım. Mənə lazım olan tək şey düzgün mövqeyə qaçmaq, tullanmaq və baş zərbəsi üçün topa uyğunlaşmaq idi"

İspaniya millisi Avropa çempionatının yarımfinal matçını iyulun 9-da keçirəcək. “Qırmızı qəzəb”in rəqibi ya Portuqaliya, ya da Fransa olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
90deqiqe.az

2Mənbələr