AZ

Amerika Kuboku: Kanada yarımfinala vəsiqə qazanıb

Amerika

Bakı, 6 iyul, AZƏRTAC

ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda növbəti yarımfinalçı məlum olub.

AZƏRTAC xəbər verir ki, 1/4 finalda Venesuela və Kanada yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası baş tutub.

Burada daha dəqiq olan Kanada seçməsi adını yarımfinala yazdırıb - 4:3.

Komanda bu raundda Argentina ilə qarşılaşacaq.

Qeyd edək ki, Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

Seçilən
74
1
azertag.az

2Mənbələr