AZ

Türkiyə bayrağını yandıranlar yaxalandı

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində Suriyanın şimalında Türkiyə bayrağına qarşı təxribat törədənlər yaxalanıb.

Teleqraf.cim xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatı, Daxili İşlər və Milli Müdafiə nazirliklərinin birgə əməliyyatı nəticəsində Suriyanın Əl Bab şəhərində bir neçə şəxs saxlanılaraq Türkiyəyə gətirilib.

Daha sonra həmin şəxslər törətdikləri əməllərdən peşman olduqlarını deyərək Türkiyə dövlətindən və xalqından üzür istəyiblər.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
teleqraf.com

1Mənbələr