AZ

Putin Ukraynanın niyə təslim olmaqdan imtina etməsi ilə bağlı qəribə izahat verib

Ukrayna yalnız ona görə təslim olmaqdan və öz ərazilərini Rusiyaya verməkdən imtina edir ki, o zaman hərbi vəziyyət ləğv olunmalı və seçkilər keçirilməlidir. Bizimyol.info xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla görüşdən sonra keçirdiyi brifinqdə deyib. Belə ki, Putin Ukraynanın iki ildən artıqdır ki, rus qoşunlarının güc yolu ilə ələ keçirə bilmədiyi Zaporojye, Xerson, Luqansk və Donetsk vilayətlərini Rusiyaya təhvil verməsi ilə bağlı daha əvvəl səsləndirdiyi tələbini təkrarlayıb. “Bizim sülh təşəbbüsümüz bu yaxınlarda açıqlanıb. Söhbət bütün Ukrayna qoşunlarının Donetsk və Luqansk "xalq respublikaları"ndan, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarılmasından gedir. Başqa şərtlər də var. Amma bu, mümkün birgə iş zamanı kifayət qədər ətraflı nəzərdən keçirilməli olan mövzudur”, - deyə o qeyd edib. Rusiya dövlət başçısı Ukraynanın Rusiyanın ultimatumuna əməl etməkdən imtina etməsini irəli sürülən şərtlərin qəbuledilməzliyi ilə deyil, çox özünəməxsus səbəblərlə izah edib: “Məncə, Kiyev rejimi hərbi əməliyyatların dayandırılması ideyasına da icazə vermir, çünki bu halda hərbi vəziyyətin uzadılması üçün bəhanə aradan qalxır. Əgər hərbi vəziyyət aradan qaldırılmalıdırsa, bu, heç vaxt vaxtında baş tutmayan seçkilərin keçirilməsi demək olar”, - deyə Putin bildirib. Ukrayna mətbuatı yazır ki, prezident Vladimir Zelenski bu yaxınlarda Rusiya ilə sülh danışıqlarının aparılması üçün mövcud yeganə variantı - vasitəçilər vasitəsilə səsləndirib. Nümunə kimi prezident Ukrayna və Rusiyanın birbaşa bir-biri ilə deyil, vasitəçilər - BMT və Türkiyə ilə müqavilə imzaladığı 2022-ci il Qara Dəniz Taxıl Təşəbbüsünü göstərib. Lakin bir gün əvvəl Vladimir Putin vasitəçilər vasitəsilə danışıqları qeyri-mümkün hesab etdiyi barədə bəyanat vermişdi. Onun fikrincə, vasitəçilərin belə sənədləri imzalamaq üçün kifayət qədər səlahiyyətləri olmayacaq. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
bizimyol.info

1Mənbələr