İspaniya millisinin Avro-2024-ün yarımfinalında Fransa ilə keçirləcək oyuna ciddi itkilərlə çıxacaq.
QOL.az xəbər verir ki, komandanın 4 futbolçusu Pedri, Roben Le Norman, Daniel Karvahal və Alvaro Morata final uğrunda oyunda iştirak etməyəcək.
Pedri dizindən zədə alıb. Dani Karvahal ötən gün Almaniya ilə keçirilən oyunda qırmızı vərəqə ilə cəzalanıb.. Digər 2 futbolçu da cəzalı durumda olduğundan növbəti oyunu buraxmalı olacaq.
Qeyd edək ki, İspaniya yarımfinalda Fransa ilə qarşılaşacaq. Matç iyulun 9-da keçiriləcək.