AZ

AVRO-2024: Sautqeyt İsveçrə ilə matçda İngiltərənin hədəfini açıqladı

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt 2024-cü il Avropa çempionatının İsveçrə millisi ilə 1/4 final oyunu haqda fikrilərini bildirib. Matc.az xəbər verir ki, o, bu barədə UEFA-nın rəsmi saytına danışıb. “İsveçrə turnirdə parlaq çıxış edir. Onları yaxşı oyunçular təmsil edir və başqalarına problem yaradan aydın oyun yanaşması var. Biz daha yüksək səviyyədə oynamalıyıq. Qarşıdakı matç üçün həmişə ən yaxşı yanaşmanı seçməyə çalışırıq. İsveçrəlilər beş müafiəçi ilə oynayır, bəzən arxada dördlüyə keçirlər. Onların çox çevik bir sxemi var. Bizim vəzifəmiz sadədir - özümüzü müdafiə etməyi unutmadan rəqibə problem yaratmaq. İsveçrənin hücumu indi çox təhlükəlidir”. Xatırladaq ki, bu gün, “Merkur Spiel Arena” stadionunda (Düsseldorf) İngiltərə və İsveçrə yığmaları arasında 2024-cü il Avropa çempionatının 1/4 final oyunu keçiriləcək.  

Seçilən
180
matc.az

1Mənbələr