AZ

Türkiyə kosmosa peyk göndərir - Tarix açıqlandı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu Türkiyənin ilk yerli və milli peyki olan “Türksat 6A”-nın kosmosa çıxacağı günü açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, iyulun 8-dən 9-na keçən gecə Türkiyə vaxtı ilə saat 00:20-də ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmodromundan kosmosa göndəriləcək.

"Türksat 6A" ilə mülki və hərbi rabitənin təhlükəsizliyini gücləndirəcəklərini vurğulayan Uraloğlu bildirib ki, ""Türksat 6A"-nın lokalizasiya nisbəti 80 faizin üzərindədir. Ən önəmlisi onun proqram təminatının bizə aid olmasıdır. Ona görə də müdaxilə olub-olmayacağı ilə bağlı narahatlığı aradan qaldırırıq". 

Bir peykin istehsal dəyərinin 250 milyon dollar olduğu məlumatını paylaşan Uraloğlu qeyd edib ki, "Hazırda Türk Aerokosmik Sənayesində (TUSAŞ) bir peyk istehsal mərkəzi qurduq. Bunu Müdafiə Sənayesi Nazirliyindən tutmuş Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasına (TÜBİTAK) qədər hər kəsin iştirakı ilə həyata keçirdik. Biz indi dəyəri 250 milyon dollar olan peyki özümüz istehsal edə biləcəyik. Dünyada peyk istehsal edən 11 ölkə var. Peyklərin bir çox müştərisi olur”.

Türkiyənin artıq tender və ya qarşılıqlı razılaşma yolu ilə öz peyklərini istehsal edib satma nöqtəsinə gələcəyinə diqqət çəkən nazir bunları deyib: 

"Peykimizin kosmosa buraxılmasını, sonra da istismara verilməsini gözləyənlər var. Ümid edirəm ki, 2025-ci ilə qədər "Türksat 6A" satışa çıxarılacaq. Yeni əhatə dairələri əlavə etdikcə, bu bölgələrə sataraq ölkəmizə valyuta axını təmin edəcəyik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
cebheinfo.az

1Mənbələr