AZ

“Xarici Işlər Nazirləri Şuşadan dünyaya mesaj verirlər“- Politoloqdan açıqlama

"Bu gün Türk coğrafiyasının önəmli siyası rəhbərləri dövlət başçıları, xarici işlər nazirləri, müxtəlif nazirləri işğaldan azad edilmiş Şuşa şəhərindədirlər. Burdan bütün dünyaya mesaj verirlər, eyni zamanda xarici işlər nazirləri, Türk dövlətləri arasındakı müzakirələrin, məsləhətlərin inteqrasiya modelinin daha da dərinləşməsi barədə müzakirələr aparıblar".

Politoloq Tural İsmayılov bunu news365.az-a dəyib.

"Türk Dövlətləri Təşkilatının Şusadakı Zirvə görüşü kontekstində Türk dövlətlərinin xarici işlər nazirlərinin Şuşada görüşü mənəvi tərəfdən də böyük əhəmiyyətə malikdir. Onsuzda Türk Dövlətləri Təşkilatının Xarici işlər nazirləri ayrı - ayrılıqda həm tək- tək həm də müxtəlif platforma vasitəsilə bir-birləri ilə ünsiyyət qururlar. Amma indi Şusadakı Zirvə görüşü kontekstində Xarici işlər nazirlərimin bir araya gəlməsi bizim üçün də böyük əhəmiyyətə malikdir. Bu gün Türk coğrafiyasının önəmli siyası rəhbərləri dövlət başçıları, xarici işlər nazirləri, müxtəlif nazirləri işğaldan azad edilmiş Şuşa şəhərindədirlər. Burdan bütün dünyaya mesaj verirlər, eyni zamanda xarici işlər nazirləri, Türk dövlətləri arasındakı müzakirələrin, məsləhətlərin inteqrasiya modelinin daha da dərinləşməsi barədə müzakirələr aparıblar. Istənilən halda Türk dövlətləri Təşkilatının aktiv, çevik, eyni zamanda bu gün beynəlxalq mmünasibətlər sisteminə təsir edən bir ölkə olaraq daha da inkişaf etməsi böyük əhəmiyyətə malikdir deyə düşünürəm"- deyə politoloq fikirlərini bildirib.

Vəfa Vəliyeva, News365.az


Seçilən
63
news365.az

1Mənbələr