AZ

Bugünkü qlobal sınaqlara qarşı ən güclü dəstəyimiz Türk dünyasının birliyidir - Cevdet Yılmaz

Şuşa. Trend:

Bugünkü qlobal sınaqlara qarşı ən güclü dəstəyimiz Türkdünyasının birliyi və həmrəyliyidir.

Trend xəbər verir ki, bu barədə Şuşada Türk DövlətləriTəşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəTürkiyə Respublikasının Vitse-prezidenti Cevdət Yılmazbildirib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı bu birliyin vəhəmrəyliyin ən konkret təzahürüdür.

"Biz hamımız Türk Dövlətləri Təşkilatının əldə etdiyi əməkdaşlıqsəviyyəsi ilə fəxr edirik. Dünyanın iqtisadi ağırlıq mərkəzlərinindəyişdiyi, coğrafiyamızın əhəmiyyətinin artdığı bir dövrdə türkdünyası olaraq ölkələrimiz arasındakı əlaqələri daha dagücləndirəcəyimizə inanıram. Türk İnvestisiya Fondunun türkdünyasının iqtisadi və ticari inkişafına böyük töhfə verəcəyinəürəkdən inanıram. Bildirmək istərdim ki, Macarıstanın da Fonda üzvolmaq üçün müraciət etməsi bizi sevindirir", - deyə C.Yılmazdeyib.

Seçilən
79
4
az.trend.az

5Mənbələr