AZ

“Qarabağ”ın sabiq legioneri Avropa çempionatında ən yaxşı qapıçıların adlarını açıqlayıb

“Qarabağ”ın

Bakı, 6 iyul, AZƏRTAC

“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov Almaniyada keçirilən Avropa çempionatındakı ən yaxşı qolkiperlərin adlarını açıqlayıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı oyunçu turnirin 1/8 finalında İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran Gürcüstan millisinin qolkiperi Giorgi Mamardaşvilini xüsusi vurğulayıb.

Hazırda Moskva “Dinamo”sunda çıxış edən A.Lunyov Almaniya millisinin qapıçısı Manuel Noyerin də çıxışını müsbət qiymətləndirib.

Xatırladaq ki, Giorgi Mamardaşvili Gürcüstan millisinin heyətində Avropa çempionatında 4 oyun keçirib və səkkiz qol buraxıb. Bundan başqa, gürcü qolkiper turnirin qrup mərhələsində 21 seyvlə rekordu təkrarlayıb. Manuel Noyer isə keçirdiyi 5 oyunda 6 top buraxıb. Bundestim ötən gün 1/4 finalda İspaniyaya 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

 

Seçilən
150
2
azertag.az

3Mənbələr