AZ

Bağ evindən 47 min manat oğurlayan qadın tutuldu

Abşeronda, Novxanı bağlar sahəsində evdən 47 min manatdan çox pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 2-də evdən 47600 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
163
18
sitat.info

10Mənbələr