AZ

İranda azərbaycanlı islahatçı qalib gəldi: bizi nə gözləyir?

Seçki haqda ilkin ehtimalların heç birində onun adı yox idi. Amma namizədliyi təsdiqləndikdən sonra verilən reaksiyalar mübarizənin 1+5 formatından gedəcəyini göstərirdi. Pezeşkianın qələbəsinin formal tərəfi də bundadır - mühafizəkarlar öz aralarında uzlaşa bilmədilər, səslər parçalandı.

İkinci amil. Seçkilərin hicab aksiyalarının və İranda etirafı çətin olsa da İkinci Qarabağ savaşında Azərbaycanın qələbəsinin kölgəsi altında keçməsi idi. Hicab aksiyaları qadın səslərinin əhəmiyyətini artırdı, nə Rəisi, nə də onun xəttini davam etdirəcəyini deyən Cəlili-Qalibaf tandemi buna ciddi yanaşdılar. Əksinə, hicab aksiyalarından sonra Rəisi hökuməti hicabla bağlı daha sərt tənzimənmələrə gedəcəyini bəyan etmişdi.

Üçüncü həlledici amil. İkinci Qarabağ savaşındakı zəfərimizdən sonra isə İran azərbaycanlıları, xüsusən 4 vilayətin əhalisi arasında milli şüur, mədəni haqlar uğrunda mübarizə daha yüksəlib. İndi Pezeşkianın yanında duran Cavad Zərifin mənsub olduğu düşərgəyə yaxın nəşrlər II Qarabağ savaşından sonra etnoregional seperatizm təhlükəsindən də yazırdılar.

Hicab aksiyalarının gedişində tez-tez azərbaycanlıların "azadlıq, ədalət, milli hökumət" şüarının ərəblər (əhvazlılar), bəluclar tərəfindən də öz dillərində səslənməsinin şahidi olduq; "kord, bəluc, azəri-azadi, bəradəri" (kürd, bəluc, azəri-azadlıq, qardaşlıq) plakatları qaldırıldı. Mühafizəkar “Məşreq” o halları nəzərdə tutaraq kürd və azəri-türk separatizminin (mühafizəkarlara görə mədəni haqlar uğrunda istənilən fəaliyyət separatizmdir - C.Q) birləşmə təhlükəsindən yazırdı.

Pezeşkiana yalnız azərbaycanlılar arasında deyil, eləcə də digər qeyri-fars icmalarının nümayəndələri arasında da səs verənlər çox idi.

Dördüncü amil. Onu digər islahatçılardan fərqləndirən bəzi cəhətləri də qələbəsinə kömək edib. “Nəhcül bəlağə” (Həzrət Əliyə aid edilən fikirlərinin toplusu) bilicisi sayılır, islami çevriliş illərində gənclərə Həzrət Əlinin bu kitabını tədris edirmiş. İran-İraq savaşı zamanı Pezeşkian tibb briqadaları təşkil etməsi ilə yadda qalıb. Seçkinin gedişində dini rəhbərə sayğısını tez-tez ifadə edirdi, Qasim Süleymaninin məqbərəsini də ziyarət etdi. Bu, dindar mühaifəzkarların bir hissəsinin Pezeşkiana səs verməsini, elə hakim teokratik elitanın da onu məqbul saymasını təmin edirdi.

Beşinci amil. Onu mühafizəkarlı-islahatçılı bütün siyasi elitadan fərqləndirən bir cəhəti də indiyədək korrupsiyada adının hallandırlmaması, təmiz şəxs kimi tanınmasıdır. Bütün səviyyələrdə seçkilər, kadr rotasiyaları ərəfəsi qarşılıqlı ifşalar üzdə olan əksər siyasi fiqurları ictimai rəydə xeyli aşındırıb. İndi rejimin imicinin yaxşılaşdırılması üçün Pezeşkian kimisinə ehtiyac var. Adətən, islahatçılara orta təbəqə səs verirdisə, Pezeşkianın auditoriyası daha çox yoxsul təbəqə, qadınlar, gənclər və qeyri-fars seçicilər idi.

Seçilən
16
publika.az

1Mənbələr