AZ

Sui-qəsddən sağ çıxan baş nazir: “Tərəddüd etmədən Moskvaya...”

Slovakiya Baş naziri Robert Fitso bildirib ki, səhhəti imkan versəydi, macar həmkarı Viktor Orbanın Moskva səfərinə qatılardı.

Teleqraf.com xəbər verir ki, Slovakiya lideri macar həmkarının sülh missiyasını dəstəklədiyini söyləyib.

Fitso sui-qəsddən sonra ictimaiyyət qarşısında ilk çıxışında deyib: “Macarıstan baş nazirinə tərəddüd etmədən Kiyev və Moskvaya səfər etdiyinə görə heyran olduğumu bildirmək istəyirəm. Səhhətim getməyə imkan versəydi, məmnuniyyətlə ona qoşulardım”.

Orban bəyan edib ki, Kiyev və Moskvaya səfərləri zamanı missiyası müharibənin dayandırılmasına kömək etmək olub. Həm Orban, həm də Fitso Rusiya ilə sülh danışıqlarının tərəfdarıdır.

Macarıstan və Slovakiya Ukraynaya pulsuz hərbi yardım göstərməkdən imtina edib.

Slovakiyanın 59 yaşlı baş naziri mayın 15-də sui-qəsd cəhdinə məruz qalıb, hazırda aldığı ağır yaraların müalicəsi prosesindədir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
60
teleqraf.com

1Mənbələr