AZ

PERSESPEKTİV ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanın Astana şəhəridəki Şanxay Əməkdaşlıq təşkilatı görüşünə qatılmışdır.
19 ildə ölkədə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük dövlət investisiyaları qoyulub. Xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində avtomobil və dəmir yollarının beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin inkişafı nəqliyyat dəhlizləri, həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında mühüm rol oynayıb, eləcə də ölkənin tranzit potensialını daha da gücləndirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı son illərdə görülən işlər xüsusi diqqətə layiqdir.

Eyni zamanda Azərbaycan alternativ dəhlizlərdən üstünlüyə malik olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində də ciddi işlər görüb. Bu layihənin nəticəsi olaraq Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olmuşdur, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən infrastrukturu daha da inkişaf etdirilməkdədir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yük və sərnişin daşımalarının əhəmiyyətli dərəcədə artmasına imkan verən böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Ölkəmizin tranzit sahəsində potensialının reallaşdırılması baxımından Çinin “Bir kəmər, bir yol” layihəsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir. İpək Yolu imzalanıb.Hazırda dünya ölkələri həmin marşrutun əldə edilməsi üçün çox ciddi siyasi və iqtisadi mübarizəyə başlayıb. Çünki bu yolun keçdiyi ölkələr külli miqdarda gəlir əldə edəcəklər, bu isə onların inkişafına təkan verəcək
Prezident İlham Əliyevin uzaqgörən siyasət yürütməsi nəticəsində vaxtında lazımi tədbirlər görülüb. Belə ki, bizim Xəzər dənizində yükdaşıyan gəmilərdən ibarət nəhəng donanmamız mövcuddur. Donanmanın tərkibində Xəzərin şərq sahilindən sol sahilinə yük daşımaq üçün bərə gəmilərimiz kifayət qədərdir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi yeni reallıqlar yaratmışdır. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə keçirməklə yükləri tez bir zamanda Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Bir sözlə, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.
Azərbaycanın üstünlüyü ondadır ki, ölkəmizin əlverişli coğrafi mövqeyi dövlətin güclü siyasi iradəsi, tariflərin optimallaşdırılması, həmçinin daşımaların rahat,təhlükəsiz həyata keçirilməsinə imkanlar yaradan müasir infrastrukturun qurulması kimi mühüm amillərlə tamamlanır. Son 19 ildə ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit məkana çevrilməsini təmin etmək məqsədilə bir sıra önəmli layihələr reallaşdırılıb. 2003-cü ildən bu günə qədər Azərbaycanda təxminən 15 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib.
Ölkəmiz Xəzər dənizində ən güclü dəniz donanmasına malikdir.
Cənab prezidentin uzaqgörən siyasəti bir daha sübut etdiki,dövlətin gücü onun iqtisadiyyatından keçir.Türkdilli dövlət başçılarının Azərbaycanın Mədəniyyət şəhəri olan Şuşada genişmiqyaslı görüşü məhz cənab prezidentin xarici siyasətinin bir parçasını təşkil edir.
Azərbaycan xalqı və dövləti bütün məsələlərdə türk birliyini dəstəkləyir və dəstəkləməyə davam edəcəkdir.

Laçın rayon 45 nömrəli tam orta məktəbin direktoru.

YAP Laçın rayon təşkilatının 40 Saylı ƏPT-ın sədri Şakir Əhmədov.



Seçilən
32
aia.az

1Mənbələr