AZ

"Fənərbaxça" məşhur hücumçunu 20 milyon avroya transfer edir

Yeni mövsüm üçün iddialı heyət qurmağı hədəfləyən "Fənərbaxça" hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya"da çıxış edən Yussef En-Nesirinin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "TRT Spor" məlumat yayıb.

Daha öncə 15 milyon avroluq təklifi rədd edilən "Fənərbaxça" ispaniya klubuna yenidən müraciət edib. Super Liqa nəhəngi mərakeşli forvard üçün "Sevilya"ya bonuslarla birlikdə 15 milyon avro təklif edib. La Liqa klubunu bu məbləğ qarşılığında futbolçusunu satmağa hazırdır.

Qeyd edək ki, "Sevilya" Yussef En-Nesirini 2020-ci ilin yanvar ayında "Leqanes"dən transfer edib. 27 yaşlı hücumçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 41 rəsmi matçda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Seçilən
49
sportal.az

1Mənbələr