AZ

AÇ-2024: Ballak hakimlikdən narazı qalıb

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mixael Ballak AÇ-2024-ün 1/4 final matçında Camal Musialanın zərbəsindən sonra topun ispaniyalı müdafiəçi Mark Kukurellanın əlinə dəydiyi mübahisəli məqamdan danışıb.



Komanda.az “Focus”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, ispan müdafiəçinin əli ilə topu dəf edərək, mümkün qolun qarşısını aldığını bildirib:



“Futbolda daha aşkar həndbol yoxdur. Müdafiəçi əli ilə qapıya vurulan zərbəni dəf edərək, mümkün qolun qarşısını aldı. Bu epizod niyə yoxlanılmadı? Burada mənim üçün hər şey tamamilə aydındır”.



Matçın baş hakimi Entoni Teylor bu epizodda penalti təyin etməyib.



Qarşılaşma əlavə vaxtda İspaniya yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lui de la Fuentenin komandası yarımfinalda Fransa ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAlmaniya Mixael Ballak

Seçilən
8
komanda.az

1Mənbələr