AZ

Yasamalda “hoqqa” verib qəza törədən “avtoş”sürücü 15 gün HƏBS OLUNDU - VİDEO

Paytaxtın Yasamal rayonu Şərifzadə küçəsində avtoxuliqanlıq edərək qəzaya səbəb olan və sosial şəbəkə hesabında paylaşan sürücü yol polisi tərəfindən müəyyən olunub. 

Avtosfer.az-ın məlumatına görə, 99-MD-402 dövlət nömrə nişanlı “Volkswagen” avtomobilin sürücüsü Yevlax şəhəri Yuxarı Qarxun kənd sakini 2003-cü il təvəllüdlü Rəhimli Əli Xaliq oğlu Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib edilərək baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən sürücü Rəhimli Əli 15 gün müddətində inzibati qaydada həbs olunmaqla 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, sözügedən sürücüylə bağlı bir gün öncə saytımızda xəbər dərc olunub. Belə ki, o, yolda təhlükəli manevrlər edərək yol-nəqliyyat hadisəsi törətmişdi.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
avtosfer.az

1Mənbələr