AZ

Britaniyanın yeni Baş nazirindən ilk açıqlama

Böyük Britaniyanın yeni seçilmiş Baş naziri Keir Starmer verdiyi açıqlamada İngiltərəyə qeyri-qanuni yollarla gələn immiqrantların Ruandaya göndərilməsini nəzərdə tutan deportasiya planını ləğv etdiyini bildirib.

"Cebhe.info" xəbər verir ki, Starmer deportasiya siyasətini davam etdirməyəcəyini və uçuşlar başlamazdan əvvəl planı bitirəcəyini təsdiqləyib.

Starmer bundan əvvəl Mühafizəkarlar Partiyasının Ruandaya qaçqın göndərmək planını ləğv edəcəyinə söz vermişdi.

Seçkilərdə immiqrasiya məsələsi önəmli olduğu üçün Manş boğazı ilə gələn on minlərlə immiqrantın dayandırılması Starmerin qarşısında duran mühüm məsələlərdən biri olacaq.

Xatırladaq ki, qeyri-qanuni mühacirlərin İngiltərəyə gəlməsini və ölkədən immiqrantları deportasiya etməsinin qarşısını almaq istəyən İngiltərə Ruanda Planını hazırlayıb.

Plana görə, öz ölkəsinə deportasiya oluna bilməyən insanlar “təhlükəsiz ölkə” sayılan Ruandaya deportasiya ediləcəkdi.

Seçilən
86
1
cebheinfo.az

2Mənbələr