AZ

Türkiyə Silahlı Qüvvələri ölkənin futbol üzrə milli komandasına BELƏ dəstək oldu - VİDEO 

Türkiyə Müdafiə Nazirliyi ölkənin futbol üzrə milli komandasına dəstək olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı olaraq Nazirliyin rəsmi  “X” hesabında dəstək videosu yayımlanıb.

“Millətin ruhu, millətin gücü!

Türkiyə Silahlı Qüvvələrinin qəhrəman əsgərlərindən  bu axşam Hollandiya ilə yarımfinala yüksəlmək üçün mübarizə aparacaq milli futbol komandasına mesaj var. Futbol üzrə milli komandamızın AVRO-2024-də əldə etdiyi hər bir uğur təkcə xalqımızı deyil, uca dağlarda, fırtınalı dənizlərdə, hüdudsuz səmalarda xidmət edən əsgərlərimizi də sevindirəcək.

İrəli, Türkiyə, hamı birlikdə qələbəyə!”, - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da Türkiyə və Hollandiya yığmaları arasında futbol üzrə Avropa çempionatının 1/4 final oyunu keçiriləcək.
 

Bizim.Media
Seçilən
29
50
bizim.media

10Mənbələr