AZ

Tarixçilər iki hissəyə bölündü: 5 min illik daşlar necə yaranıb?

Dünya tarixinə işıq salan “Stonehenge”nin necə və kimlər tərəfindən inşa edildiyi maraq doğurur. Bu səbəbdən tarixçilər iki hissəyə bölünüb.

Publika.az xəbər verir ki, İngiltərənin cənub-qərbində, Solsberi düzənliyinin ortasında yerləşən “Stonehenge” qədim dünyanı özündə əks etdirən bir tikili hesab olunur.

Bu daşların təxminən 5 min il əvvəl necə ortaya çıxdığına dair dəqiq məlumat yoxdur. Bu da mübahisələrə səbəb olur. Bir qrup tədqiqatçı daşların buzlaqlarla birlikdə həmin yerə gəldiyini deyir.

Keçmiş tarixi əmlak meneceri Tim Dav bu nəzəriyyəni "cəfəngiyyat" olaraq xarakterizə edir. Daşların bir sıra üsullardan istifadə edərək insanlar tərəfindən köçürüldüyünü iddia edir.

Seçilən
26
publika.az

1Mənbələr