AZ

"Hatayspor"dan İtaliya nəhənginə

"Hatayspor"un yarımmüdafiəçisi Oluvafisayo Faruk Dele-Başiru İtaliyada çıxış edəcək.

90deqiqe.Az xəbər verir ki, 23 yaşlı futbolçu "Latsio"nun uğurları üçün çalışacaq. Roma klubu nigeriyalı yarımmüdafiəçini məcburi satınalma şərti ilə 2025-ci ilin yayına qədər icarəyə götürüb.

Dele-Başira Hatay təmsilçisinin heyətində 36 oyuna çıxıb, səkkiz dəqiq zərbə və üç məhsuldar ötürmə edib.

Seçilən
147
90deqiqe.az

1Mənbələr