AZ

ABŞ-la hərbi təlimlərin təxirə salınması ölkə üçün təhlükədir..?

Gürcüstan prezidenti Salome Zurabişvili“Layiqli tərəfdaş” gürcü-amerikan hərbi təlimlərinin təxirə salınmasını ölkəsiüçün zərərli olduğunu deyib.

SİA-nın əldə etdiyi məlumata görə, “RİA Novosti” dövlət başçısına istinadən xəbər verir.

Onun fikrincə, təlimlərin təxirə salınması ABŞ-la strateji tərəfdaşlığa ziyan vurur və Gürcüstanın müdafiə qabiliyyətini təhlükə altına qoyur.

O, bu vəziyyəti və onun “Rusiya qanunu”nun qəbulu ilə vurduğu zərəri müqayisə edib.

...Rəhbərliyimiz dostlarının və düşmənlərinin harada olduğunu, nə etmək lazım olduğunu və sülhün harada olduğunu bilmir. Sülh təcrid olunmuş vəziyyətdə və tərəfdaşsız qaldıqda əldə edilə bilməz. Bizim ordumuzu gücləndirmək, hətta ölkənin təhlükəsizliyini təmin etmək üçün heç bir resursumuz olmayacaq..

Zurabişvili bildirib bunu.

...Yeri gəlmişkən, iyulun 5-də məlum olub ki, ABŞ Gürcüstanla birgə hərbi təlimləri Tbilisinin Qərbin ölkəni Rusiya ilə qarşıdurmaya sürükləmək cəhdi ilə bağlı bəyanatına görə qeyri-müəyyən müddətə təxirə salıb.

Əli Babayev

Seçilən
129
sia.az

1Mənbələr