AZ

Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb

İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən APA-nın yerli bürosuna bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Naxçıvanda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
4
apa.az

10Mənbələr